...

Asta hərəkət edən radio pulsar aşkar edilib

Maraqlı Materials 27 Oktyabr 2019 17:31 (UTC +04:00)
Pulsar və ekstraqalaktik radio partlamalarının tədqiqi çərçivəsində yeni radio pulsar kəşf edilib
Asta hərəkət edən radio pulsar aşkar edilib

Bakı. Trend:

Pulsar və ekstraqalaktik radio partlamalarının tədqiqi çərçivəsində yeni radio pulsar kəşf edilib. Məlum olub ki, bu obyekt indiyə kimi aşkarlanan bütün radio pulsarlardan daha asta dövr edir.

Trend-in məlumatına görə, SUPERB layihəsi çərçivəsində Avstraliyanın Parks Rəsədxanasında aparılmış müşahidələr zamanı Mançester Universitetindən Vincent Morellonun başçılıq etdiyi astronomlar qrupu "PSR J2251-3711" adlandırılmış yeni çox uzun dövriyyə müddətinə malik radio pulsar aşkar edib.

Qeyd edək ki, pulsarlar çox sürətli dövr edən və maqnit qütblərindən güclü radiodalğaları yayan maqnitlənmiş neytron ulduzlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti