Bakı. Trend:
Tailandın şimal-şərqindəki Nonq Bualamphu əyalətində qazıntılar zamanı yeni dinozavr növünün qalıqları aşkar edilib.
Trend-in məlumatına görə, bu, “dinozavr dərəsi” adı verilmiş bölgədən tapılan 11-ci yeni növdür.
Alimlər bu dinozavrın 60 milyon il əvvəl yaşamış tirannozavr növünə yaxın olduğunu ehtimal edir.
4 metr uzunluğu olduğu ehtimal edilən dinozavra hindu inancında külək tanrısı olan Vayunun şərəfinə “Vayuraptor” adı verilib.