Bakı. Trend:
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” III təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Trend xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Liv Bona Dea Arena”da Kiprin “Omoniya” komandasını qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Kipr təmsilçisinin heyətində Loizos Loizu (2 qol), Evandro və Stefan Yovetiç fərqləniblər.
Oyunu Çexiyalı hakimlər briqadası idarə edib.
Komandalar arasında cavab görüşü avqustun 14-də Kiprdə baş tutacaq.