...

XİN rəhbəri: "Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbədə görüşünün baş tutacağı hələ məlum deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2007 15:17 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin keçirilməsi oktyabrın birinci ongünlüyünə planlaşdırılan MDB

dövlətlərinin növbəti sammiti çərçivəsində görüşünün baş tutması hələ məlum deyil.

Ermənistan xarici işlər naziri Vardan Oskanyanın bu gün jurnalistlərə verdiyi məlumata görə, ATƏT-in Minsku qrupu həmsədrləri görüşün keçirilməsi ilə bağlı hələ heç bir təklif irəli sürməyiblər, "Armenpress"in verdiyi məlumatda belə deyilir.

Xarici işlər nazirinin sözlərinə görə, lazım gələrsə Ermənistan tərəfi buna hazırdır. Qeyd edək ki, Ermənistan prezidentinin mətbuat katibi Robert Köçəryanın Düşənbədə keçiriləcək sammitdə iştirak edəcəyini təsdiq edib.

Xəbər lenti

Xəbər lenti