...

Britaniya parlamentarisi hesab edir ki, onu Azərbaycana buraxmayacaqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Sentyabr 2007 12:52 (UTC +04:00)
Britaniya parlamentarisi  hesab edir ki, onu Azərbaycana buraxmayacaqlar

Böyük Britaniya, London/ Trend , müxbir G. Əhmədova, A. Qasımova/ Böyük Britaniyanın İcmalar Palatasının üzvü Stiven Paund bildirib ki, Azərbaycanın işğal olunmuş ərazisi olan qondarma "Dağlıq Qarabağ respublikası"na qalmaqallı səfərindən sonra, Bakıya səfər etmək istərdi.

"Mən Azərbaycana getmək istərdim, lakin mən Qarabağa səfər etdiyimdən, bunu edə bilmərəm" - deyə Stiven Paundun, Azərbaycanın Londondakı diasporuna etiraz məktubuna cavab olaraq, etdiyi müraciətində deyilir.

Böyük Britaniyanın İcmalar Palatasının üzvü Stiven Paund və onun həmkarları ötən ayın sonunda qondarma "Dağlıq Qarabağ Respublika"sanı səfər ediblər. Səfərdən sonra Paund bildirib ki, Qarabağ "min illərlə erməni torpağı olub" və Paundun bu sözləri Londondakı Azərbaycan diasporunun etirazına səbəb olub.

Londondakı Azərbaycan diasporunun üzvünün əvvəllər Trend ə verdiyi məlumata görə, etiraz məktublarından sonra Paund mövqeyini yumşaldıb, bu məsələni dərindən öyrənəcəyinə söz verib və obyektivlik uğrunda mübarizə ilə tam razı olduğunu bildirib.

Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim cümə günü Trend ə Paundun bəyanatı ilə bağlı fikir bildirərkən qeyd edib ki, Britanya parlamentarisinə Azərbaycana səfər etməyə icazə verilməsi istisna deyil.

"O, Azərbaycan ərazilərinə qanunsuz olaraq səfər edib. Səhvini etraf etdiyi tədqirdə, onun Azərbaycana gəlməsi məsələsi nəzərdən keçirilə bilər" - deyə Xəzər İbrahim bildirib.

Qarabağa səfər zamanı, Britaniya deputatı burada baş verən reallıqlarla şəxsən tanış olmaq niyyətini açıqlayıb. Qarabağda parlamentarini qondarma "respublika"nın parlamentinin spikeri Aşot Qulyan qəbul edib.

Paundun Qarabağın erməni torpağı olması barədə bəyanatından sonra, ona ünvanlanmış etiraz məktublarında Qarabağın qədimdən Azərbaycan torpağı olmasını sübut edən, həmçinin, Dağlıq Qarabağda, Xocalıda və Azərbaycanın digər rayonlarında azərbaycanlıların ermənilər tərəfindən etnik təmizlənməyə məruz qalmasını təsdiq faktlar göstərilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabaq ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsdrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti