...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 7-də saat 06.30-dan 06.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və saat 10.55-dən 11.10-dək Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 15.55-dən 16.30-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15.15-dən 15.30-dək, saat 22.50-dən 23.00-dək və oktyabrın 8-də saat 05.00-dan 05.20-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 00.15-dən 04.00-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti