...

Serj Sarkisyan: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunması mövqeyinə sadiqdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2007 15:41 (UTC +04:00)

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kompromislər vasitəsilə tez bir zamanda sülh yolu ilə həll olunması mövqeyinə sadiqdir. Cümə günü ARKA agentliyinə Ermənistan Respubkikfsının hökumət aparatının ictimaiyyət və mətbuatla əlaqələr idarəsindən verilən məlumata görə, bu barədə Ermənistanın Baş naziri Serj Sarkisyan ABŞ-ın vitse-prezidenti Riçard Çeyni və ABŞ-ın müdafiə naziri Robert Geytslə oktyabrın 18-lz keçirdiyi görüş zamanı bildirib.

Yüksək vəzifəli rəsmi şəxslərlə keçirdiyi görüşlər çərçivəsində, Sarikisyan, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar və müzakirələrin arzu olunan nəticənin əldə olunmasına gətirib çıxaracağına ümid etdiyini bildirib. Öz növbəsində, Çeyni Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu bildirib. Çeyni və Geyts təsdiq ediblər ki, ABŞ ATƏT-in Minsk qrupunun, münaqişənin sülh yolu ilə həlli istiqəmətində səylərini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti