...

Azərbaycanın Müdafiə Nazirliyi: "Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 29-da saat 18.50-dən 19.10-dək Ağdam rayonunun Şıxlar kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 23.45-dən 00.15-dək Tərtər rayonunun Çaylı və Göyarx kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycanın Müdafiə Nazirliyindən çərşəndə axşamı verilən məlumatda belə deyilir.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti