...

Azərbaycanın Müdafiə Nazirliyi: "Ermənistanın Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2007 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 1-də saat 22.00-dan 22.35-dək və noyabrın 2-si saat 06.00-dan 06.30-dək Tərtər rayonunun Çaylı, Göyarx və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 03.06-dək fasilələrlə Füzuli rayonunun Qorqan, Alxanlı və Horadiz kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən cümə günü verilən məlumatda bildirilir.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti