...

Qarabağ münaqişəsi qədər haqsız bir savaş yoxdur - Süleyman Dəmirəl (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2007 14:16 (UTC +04:00)
Qarabağ münaqişəsi qədər haqsız bir savaş yoxdur - Süleyman Dəmirəl (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ münaqişəsi - Azərbaycan torpaqlarının işğalı qədər haqsız bir savaş yoxdur. Trend in məlumatına görə, bu f ikirləri bazar ertəsi jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin IX prezidenti Süleyman Dəmirəl bildirib.

O qeyd edib ki, dünyada bir çox ölkələrin qonşuları ilə problemləri var, lakin hər şeyi savaşla həll etmək mümkün deyil. Dəmirəl hesab edir ki, savaşlardan çıxış yolu axtarmaq lazımdır.

"Qarabağ problemi ürək acısıdır, bu münaqişə qədər haqsızlığın olduğu başqa bir savaş görmədim. 100 minlərlə azərbaycanlı öz torpaqlarında didərgin olub, illərdir çox çətin şəraitdə yaşayır. Doğrudur, köçkünlər üçün yeni evlər tikilir, şərait yaradılır, amma bu o demək deyil ki, Azərbaycan Qarabağdan vaz keçəcək" - deyə Dəmirəl bildirib.

Eks-prezident ermənilərin 100 ildir Türkiyə əleyhinə apardığı qondarma "erməni soyqırımı" məsələsinə toxunarkən bildirib ki, ermənilər ABŞ senatında, Avropa Parlamentində və digər ölkələrin parlamentlərində siyasətçilərə yalançı tarix yazdırmağa çalışırlar: "Amma qondarma soyqırımla bağlı bizim əleyhimizə qəbulolunmuş qərarların heç bir hüquqi əsası yoxdur. Bizim əleyhimizə qərarlar çıxaran ölkələrin olmasına baxmayaraq, bütün düyna bizə düşmən deyil, bizim dostlarımız da var" - deyə Dəmirəl bildirib.

Xəbər lenti

Xəbər lenti