...

Ermənistan və Azərbaycanda keçiriləcək seçkilərdən Dağlıq Qarabağ münaqişəsini ləngidən vasitə kimi istifadə etmək olmaz- Avropa İttifaqı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2007 17:25 (UTC +04:00)

"Mən Beynəlxalq Böhran Qrupunun, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar masasındakı təkliflərlə razılaşması barədə tövsiyəsi ilə razıyam" - deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi "PanARMENIAN.Net"ə müsahibəsində bildirib.

Semnebinin sözlərinə görə, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən, münaqişənin həllini ləngitmək üçün, vasitə kimi istifadə etmək olmaz.

"Beynəlxalq Böhran Qrupunun məruzəsində deyilir ki, Avropa İttifaqı Avropa Qonşuluq Siyasəti çərçivəsində, təsir tədbirlərinə malikdir, lakin biz yalnız münaqişə tərəfləri arasında inamın yaranmasına təsir göstərə bilərik. Ehtimal olunur ki, tərəflər Aİ-dən münaqişənin həllinə təzyiq vasitəsi kimi istifadə etməyəcəklər. Bizim mövqemiz dəyişməz olaraq qalır, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə, münaqişənin həlli üzrə yaradılmış Minsk qrupu çərçivəsində, ATƏT məşğul olur" - deyə Semnebi qeyd edib.

Xəbər lenti

Xəbər lenti