...

Dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait Dağlıq Qarabağla bağlı layihələrə xərclənəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2007 16:10 (UTC +04:00)
Dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait Dağlıq Qarabağla bağlı layihələrə xərclənəcək

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarına ayrılması nəzərdə tutulan vəsaitin əsas hissəsi Dağlıq Qarabağ problemi ilə bağlı məlumatların dünyaya yayılmasına sərf olunacaq, çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Milli QHT Forumunun prezidenti Azay Quliyev bildirib.

"İlk növbədə Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı layihələrə dövlət büdcəsindən vəsait ayrılacaq", Quliyev deyib.

Azərbaycan prezidentinin 27 iyul fərmanına əsasən, ölkədə QHT-lərin inkişafına dəstək məqsədilə dövlət konsepsiyası hazırlanır. Dövlət konsepsiyasında QHT-lərlə iş üzrə dövlət qurumunun yaradılması nəzərdə tutulub. Bundan başqa, QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üçün fondun yaradılması da planlaşdırılıb. 2008-ci ilin dövlət büdcəsindən QHT-lərin maliyyələşdirilməsinə 1,5 mln. manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti