...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2007 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 26-da saat 21.00-dan 21.30-dək və saat 23.15-dən 23.45-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərindən, saat 22.05-dən 22.40-dək Ağdam rayonunun Tağıbəyli kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 23.00-dan 23.30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, dekabrın 27-də saat 00.50-dən 00.55-dək və saat 01.05-dən 01.10-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutblar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti