...

Azərbaycan Ermənistanı təmsil edən deputatların iştirakı ilə konfransın keçirilməsinə razıdır - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2008 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / " , müxbir İ.Əlizadə/ Azərbaycan Ermənistanı təmsil edən deputatların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair konfransın keçirilməsinə razıdır. "Azərbaycan tərəfi beynəlxalq təşkilatların vasitəçiliyi ilə Azərbaycan və Ermənistan deputatları üçün təşkil olunan konfranslarda iştiraka prinsipial razılığını bildirib" - deyə bazar ertəsi jurnalistlərə açıqlamasında Azərbaycan Parlamenti sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirib.

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri, böyük britaniyalı deputat lord Rassel Conston ötən həftə Azərbaycana və Ermənistana səfər edib. Alt Komitənin sədri aprel ayında iki ölkəni təmsil edən deputataların iştirakı ilə Strasburqda konfransın keçirilməsi məsələsini müzakirə edib.

"Bununla yanaşı, biz Dağlıq Qarabağ münaqişəsinin həllinə qədər Ermənistanla ikitərəfli əməkdaşlığın əleyhinəyik"- Əsgərov əlavə edib.

Birinci vitse-spiker bildirib ki, Azərbaycan tərəfi beynəlxalq təşkilatların vasitəçiliyi ilə keçirilmiş və gələcəkdə keçiriləcək tədbirlərin real nəticələrə gətirməsini istəyir. "Biz bir sıra belə tədbirlərdə iştirak etmişik, lakin onlar həmişə nəticəsiz qalıb. Bundan əlavə, biz istəyirik ki, beynəlxalq təşkilatlar AŞPA-nın Dağlıq Qarabağa dair qəbul etdiyi 14/16 qətnaməsinin yerinə yetirilməsinə ciddi yanaşsınlar və Ermənistana bu məsələdə təzyiq göstərsinlər" - deyə Əsgərov vurğulayıb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub və münaqişənin həlli ilə bağlı təkliflər əks olunub. AŞPA-da sənədin həyata keçirilməsinə nəzarət etmək üçün Alt Komitə yaradılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti