...

Dağlıq Qarabağın hazırda Ermənistanın nəzərəti altında olması bu problemi çətinləşdirir - Zbiqnev Bjezinski

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2008 17:45 (UTC +04:00)

Dağlıq Qarabağın hazırda Ermənistanın nəzərəti altında olması bu problemi çətinləşdirir. Bu barədə çərşənbə axşamı BBS-nin Rusiya xidmətinə müsahibəsində ABŞ-ın Prezident Administrasiyasında Milli təhlükəsizlik üzrə keçmiş müşavir Zbiqnev Bjezinski bildirib.

"Buna görə, bu məsələnin ardıcıllığa və səbrli vasitəçiliyə ehtiyacı var. Bu hər iki münaqişə tərəfinin apardığı düşmənçilik və qəzəbin getdikcə azalmasına gətirib çıxara bilər" - deyə o bildirib.

Kosovo və Çeçenistanın müstəqilliyi ilə əlaqədar sualı cavablandıran Bjezinski qeyd edib ki: "Həm Kosovo, həm də Çeçenistan müstəqilliyə layiqdir, lakin siyasi reallıqlara görə, Çeçenistan üçün bu mümkün deyil.

Xəbər lenti

Xəbər lenti