...

Metyu Brayza: Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması "fövqəladə assimetrik cavab" olardı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2008 12:34 (UTC +04:00)
Metyu Brayza: Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması "fövqəladə  assimetrik cavab" olardı

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bəyan edib ki, Ermənistanın "Dağlıq Qarabağ Respublikası"nın (DQR) müstəqilliyini tanıması "sülh prosesinə ciddi zərər" vuracaq.

"Hesab edirəm ki, tərəflərin baza prinsiplərilə yaxınlaşma mövqeyinin müəyyən olunması ilə bağlı davam edən danışıqların yekunlarının qabaqcadan müəyyən edilməsində atılmış hər hansı addım fayda verməyəcək. Azərbaycanın BMT-nin Baş Assableyasının gündəliyinə təqdim etdiyi qətnaməyə bizim münasibətimiz məhz belə idi - Bu, danışıqlar stolunun üstündəki təklifin ədalətli və balanslaşdırılmış xarakterini əks etdirməyən birtərəfli qətnamədir. Eləcə də, Ermənistan tərəfi birtərfli qərarlar qəbul edib, danışıqların Dağlıq Qarabağı tanıması yolu ilə yekunlarını müəyyən etsə, bu, sülh prosesinə ciddi zərər vuracaq" - deyə Metyu Brayza ABŞ-da nəşr olunan "Armenian Reporter" qəzetinə müsahibəsində bilidirb.

Amerikalı vasitəçinin rəyincə, Azərbaycanın BMT-dəki fəaliyyətinə bu "fövqəladə assimetrik cavab" və "böyük destabilizasiyaya malik addım" olardı, "Mediamaks" məlumat verib.

Brayzanın fikrincə, Ermənistanın "DQR" müstəqilliyini tanıması təqdirində "danışıqların yeri qalmayacaq"

Xəbər lenti

Xəbər lenti