Fransa, Strasburq, 6 may / Trend müxbir A.Məhərrəmli/ Çərşənbə axşamı Strasburqda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında Qarabağ nizamlanmasına dair məsləhətləşmələr keçirilib.
Bir saatdan çox davam edən görüşün yekunlarına dair hər hansı açıqlama verilməyib.
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında bu gün keçirilməsi planlaşdırılan görüşü şərh edən ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bildirib ki, bu görüş tanışlıq xarakterli olacaq. Çünki ermənistanlı nazir bu vəzifəyə yenicə təyin olunub. "Bu görüşlərə ümidlə bəsləyirik və onlardan nəticələr gözləyirik. Cənab Məmmədyarov artıq dörd ildir ki, bu danışıqlarda iştirak edir. Ermənistanlı nazir Eduard Nalbandyan isə öz vəzifəsinə bu yaxınlarda təyinat alıb. Yeni vəziyyət yaranıb", - deyə Fasye vurğulayıb.
Gündəliyə əsasən bazar ertəsi axşam Strasburqda ATƏTin Minsk qrupu həmsədrlərinin Ermənistan XİN başçısı ilə görüşü keçiriləcək. Sonra isə iki nazirin vasitəçilərlə birgə görüşü baş tutacaq.