...

ATƏT-in qoşunların təmas xəttində növbəti monitorinqi insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bərdə, 07 may / Trend , müxbir Ş.Cəliloğlu/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Ağdam rayonunun Əfətli kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Monitorinqdən öncə ATƏT-in nümayəndələri Ağdam rayonunun icra başçısı Həsən Sarıyevlə görüşüblər. Sarıyev deyib ki, ermənilərin atəşkəsi intensiv pozması nəticəsində bu ilin 4 ayı ərzində Azərbaycanın 3 mülki vətəndaşı həlak olub, bir nəfər yaralanıb.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

İki ölkə arasında atəşkəs əldə olunduqdan sonra ATƏT qoşunların təmas xəttində intensiv monitorinqlər aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti