Azərbaycan, Bərdə, 17 may / Trend , müxbir Ş.Cəliloğu/ Ermənistan Silahlı Qüvvələrinın qoşunların təmas xəttində atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun baş leytenantı şəhid olub. Trend -un bögə müxbirinin məlumatına görə, mayın 16-sı axşam 19.30 radələrində Ermənistan hərbçiləri Ağdamın işğal altında olan Yusifcanlı kəndindəki mövqelərindən Azərbaycan Milli Ordusunun qarşı tərəfini atəşə tutması nəticəsində baş leytenant Vüqar Nəcəfov aldığı güllə yarasından yerindəcə şəhid olub.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.
Azərbaycan Müdafiə Nazirliyi məlumatı hələki təsdiqləmir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]