...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2008 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 16-da saat 12.20-dən 12.40-dək və iyulun 17-də saat 06.00-dan 06.15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdən, Aşağı Əbdülrəhmanlı, Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.15-dən 21.05-dək, 22.30-dan 22.40-dək və iyulun 17-də saat 06.15-dən 06.35-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.40-dan 06.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti