Azərbaycan, Bakı, 20 sentyabr/ Trend , müxbir R.Novruzov/Həmsədrlər Türkiyənin Ermənistan -Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesini dəstəkləməsini bəyənirlər.
"Türkiyənin Ermənistan -Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesini dəstəkləməsi yaxşı haldır, lakin dəstək başqa, danışıqlar və vasitəçilik isə tamam başqa şeydir", - şənbə günü Bakıda jurnalistlərə Minsk Qrupunun fransalı həmsədri Bernard Fasye deyib.
Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə başlayıb. Dağlıq Qarabağı və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994 - cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək müvəffqəqiyyətsiz sülh danışıqları aparırlar.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir.
Rusiya və Türkiyə sentyabrın ortalarında "Qafqazda təhlükəsizlik və sabitlik Platforması"nın yaradılması planını beş ölkə - Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan üçün həyata keçirməyə başlayıblar. Platformanın yaradılmasının məqsədi, Türkiyənin Qafqazda - Ermənistan -Türkiyə, Ermənistan - Azərbaycan arasında mövcud olan ərazi münaqişələrinin tezliklə tənzimlənməsinə etdiyi cəhddən ibarətdir.
Regionda ərazi münaqişələrinin tənzimlənməsi sentyabrın axırında Nyu -Yorkda Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşünün mövzusu olacaq.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan gələn həftə ATƏT- in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəklər. Görüş Nyu-Yorkda nazirlərin BMT-nin Baş Assambleyasının iclasında iştirakları çərçivəsində keçiriləcək, - şənbə günü Bakıda jurnalistlərə Minsk Qrupunun fransalı həmsədri Bernard Fasye deyib.
Vasitəçilər Ermənistan - Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı vəziyyəti müzakirə etməyi planlaşdırıblar. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, Türkiyə xarici işlər nazirinin iştirakı ilə, ayrıca görüşü palnlaşdırılıb. Danışıqlar Sentyabrın 25 - də və 26-da Türkiyənin xarici işlər nazirinin təşəbbüsü ilə keçiriləcək, - CNN Turk xəbər verib.