...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2008 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 3-də saat 16.30-dan 16.40-dək və 23.00-dan 23.10-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 20.45-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 4-də saat 00.10-dan 00.30-dək və 02.10-dan 02.30-dək Ağdam rayonunun Baş Qərəvənd və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti