...

Azərbaycanın Milli QHT Forumu "Qarabağ Forumu" keçirməyi planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir C.Babayeva / Azərbaycanın Milli QHT Forumu "Qarabağ Forumu" keçirməyi planlaşdırır.

Bu barədə qərar Milli QHT Forumu İdarə Heyətinin cümə günü keçirilən iclasında qəbul olunub.

Milli QHT Forumunun rəhbəri Rauf Zeyni "Qarabağ Forumu"nun keçirilməsi üçün ictimaiyyətin fikrinin öyrənliməsinin vacib olduğunu bildirib. "Forumun keçirilməsi üçün Təşkilat Komitəsi yaradılmalı, xüsusi format hazırlanmalıdır", - deyə Zeyni bildirib.

İdarə Heyəti "Qarabağ Forumu" ilə bağlı ilin sonunadək müəyyən tədbirlər keçirilməsi barədə qərar qəbul edib.

İclasın sonunda üç qeyri - hökumət təşkilatı Milli QHT Forumuna üzv qəbul olunub.

Azərbaycan Milli QHT Forumunda 500 - dək qeyri - hökumət təşkilatı təmsil olunub.

Trend - un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildən başlayıb, 1991- ci ilin dekabrınadək ,Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 - 19 93 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti