Fransa prezidenti Nikolya Sarkozi "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə fəal məşğul olacağını vəd edib və bildirib ki, 2009-cu ilin birinci yarısında regiona səfər etməyə hazırdır".
Mediamaks agentliyinin verdiyi xəbərə görə, bu barədə Fransanın "Le Monde" qəzetinə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan məlumat verib.
"Bizim xarici işlər nazirlərimiz danışıqları davam etdirəcəklər. Azərbaycanlı həmkarımla yeni görüş imkanını və həmçinin Rusiyanın vasitəçi rolunu oynamaqda davam edəcəyini istisna etmirəm. Nikolya Sarkozi bu münaqişə ilə fəal məşğul olacağını vəd edib və bildirib ki, 2009-cu ilin birinci yarısında regionumuza gəlməyə hazırdır", - Ermənistan prezidenti bildirib.