Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-də saat 11.30-dan 11.40-dək Ermənistan Respublikası İcevan rayonu Azatamut kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 15.05-dən 15.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.10-dən 17.40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 14-də saat 00.30-dan 00.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.00-dən 04.15-dək Tərtər rayon rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.