...

Dağlıq-Qarabağ münaqişəsi ola bilsin ki, bu il həll olundu-ATƏT PA xüsusi nümayyəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2009 22:03 (UTC +04:00)
Dağlıq-Qarabağ münaqişəsi ola bilsin ki, bu il həll olundu-ATƏT PA xüsusi nümayyəndəsi

Azərbaycan, Bakı, 12 fevral / Trend muxbir E. Rüstəmov / Mənim səfərimin məqsədi prezident, spiker və xarici işlər Naziri ilə Qrabağ münaqişəsini və Cənubi Qafqazı regionunun inkişafını müzakirə etməkdir.Bu barədə Bakıya gələn ATƏT PA Dağlıq Qarabağ üzrə xüsusi nümayyəndəsi Qoran Lenmarker deyib.

Lenmarker Azərbaycana Cənubi Qafqaza turniri üzrə gəlib.Səfərin məqsədi müqayişənin həlli üzrə gedən danışıqlarla tanış olmaqdır.Səfərin nəticəsi olaraq, hesbat hazırlanacaq və bu hesabat fevralın 19-20 Vena şəhərində keçiriləcək ATƏT PA qış sesiyasında dinləniləcək.

"Azərbaycanda öz yurdlarına qayıtmaq istəyən çoxlu qaçqınlar var.Onlar üçün bu problemin həlli çox vacibdir"-xüsusi nümayəndə deyib..

Bu il bu münaqişənin həlli baş verə bilərmi sualına xüsusi nümayəndə deyib: " Bu mümkündür, çün ki, münaqişənin həlli hər iki tərəfə də sərfəlidir.Vaxt gedir və insanlar münaqişənin həllini gözləyirlər"

Türkiyə bu işdə roluna toxunaraq, Lenmarker Türkiyənin yalnız kömək etdiyini deyib. " Siz bilirsiz ki, Türkiyə ilə Ermənistan arasında cətin əlaqələr mövcüddür. Eyər Türkiyə Ermənistanla danışıqlar aparırsa , bu hər iki tərəfə və Azərbaycanada kömək edə bilər" ATƏT PA xüsusi nümayyəndəsi qeyd edib.

Bu problemi necə həll etmək olar sualına o iki prinsipi qeyd etdi:xalqlarln öz seçim hüququ və ərazi bütöliyi prinsipi. "Mən hesab edirəm ki, bu iki prinsiplər arasında bir balans tapmaq olar.avropa tarixinə bağsanız görərsiz ki, nəqədər konfliktlər olub, lakin axırda onlar sülhə üstünlük verdilər.Esas odur ki, münaqişənin həllini istəyən insanlar məsuliyyətdi olsunlar"-Lenmarker deyib.

Danışıqların gedişi barəsində Lenmarker öz fikrini bildirməkdən çəkindi.Bununla bərabər xüsusi nümayəndə bildirdi ki,onda 6 rayonun Azərbaycana qaytarması ilə əlaqədar və Dağlıq Qarabağda müvəqqəti hökümətin yaranması barədə əlavə məlumatlar var.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti