Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir Е.Оstapenko/ "ATƏT-n hazırkı sədri kimi Yunanıstan, "Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli yolunda 2008-ci ildəki müsbət impulsu saxlamaq yolunda işləri davam etdirmək niyyətindədir və ATƏT-in Minsk Qrupunun iş formatını tamamilə dəstəkləyir", - Trend -a Yunanıstanın Baş naziri Kostas Karamanlis bildirib.
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyət formatı vacib olaraq qalır", - Karamanlis qeyd edib.
Baş nazirin sözlərinə görə, Yunanıstan münaqişənin Madrid sənədi əsasında sülh yolu ilə həlli səylərini tamamilə dəstəkləyir.
ATƏT-in 2007-ci ilin noyabrında keçirilən Madrid sammitində Minsk Qrupunun Azərbaycan və Ermənistan XİN-nə rəsmən təqdim etdiyi təkliflər aparılan danışıqların əsasını təşkil edir.
"Hazırkı sədrliyi zamanı Yunanıstan münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli üçün bütün lazımi addımları atmağa çalışacaq", - Karamanlis bildirib.
Yunanıstan 2009-cu ilin yanvarın 1-dən ATƏT-in sədrliyini Finlandiyadan bir illik müddətə alıb.
Baş nazirin sözlərinə görə, Yunanıstan praktiki nəticəyə hesablanmış dialoq istəyini rəhbər tutaraq və yeni ideyalara açıqlıq ruhunda, münaqişənin bütün tərəfləri arasında adil vasitəçi qismində çıxış etmək öhdəliyini öz üzərinə götürür.
"Potensial böhran durumlarının qarşısının alınması üçün, Minsk Qrupunun məşğul olduğu münaqişə üzrə ATƏT sədrliyinin şəxsi nümayəndəsinin rolu çox vacibdir", - Karamanlis vurğulayıb.
"Yunanıstanın sədrliyi dövründə region xalqlarının əldə olunmuş sülhün bəhrələrindən istifadə etmək imkanına malik olması üçün çalışacaq", - o əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]