...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2009 10:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 19-da saat 17.50-dən 18.40-dək və 19.50-dən 20.05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı kəndi ərazisində yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 15.25-dən 15.55-dək və 22.45-dən 22.50-dək Xojavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - fevralın 20-də saat 01.40-dan 01.48-dək və 05.30-dan 05.45-dək Ağdam rayonunun Yusifcanlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən javab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti