...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2009 09:53 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 13-də saat 17.50-dən 18.00-dək və 20.00-dan 20.10-dək Xocavənd rayonu ərazisindəki adsız qüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.55-dən 23.45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən,  martın 14-də saat 05.45-dən 05.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan silahlı qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti