Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 06.40-dan 06.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu haqda məlumat Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.