...

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə istənilən təklifi nəzərdən keçirməyə hazırdırlar – xarici işlər nazirinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2009 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir V.Javoronkova /

Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə istənilən təklifi nəzərdən keçirməyə hazırdırlar. İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurası iclasının yekununda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

"Kiminsə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair real təklifləri varsa, biz həmin təklifləri onları nəzərdən keçirməyə hazırıq", - deyə o, Türkiyə Prezidenti Abdullah Gülün Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak etməsinə dair bəyanatını şərh etmək barədə suala cavab verərkən bildirib. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Biz hər bir dövlətin bu məsələnin həllinə yönəlmiş səylərini alqışlayırıq. Hazırkı formada münaqişənin mövcud olması heç bir ölkəyə üstünlük vermir", - deyə Azərbaycan xarici işlər nazirinin müavini davam etdirib.

Onun fikrincə, "Münaqişənin beynəlxalq hüquq normaları əsasında həllindən başqa alternativi yoxdur".

Məmmədquliyev Türkiyənin təşəbbüsü ilə tanış olmadığını bildirib: "Lakin nəzərə alsaq ki, Türkiyə Minsk Qrupunun iştirakçısıdır və regionda ciddi oyunçudur, biz onun təklifini nəzərdən keçirməyə hazırıq".

"Biz onlar tərəfindən təklif olunan və bizi qane edən nizamlanma üsullarını dəstəkləməyə hazırıq", - deyə Məmmədquliyev əmin edib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bildirib ki, "Minsk Qrupu - Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışı üçün yeganə formatdır". "Başqa bir format yoxdur", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti