...

ABŞ Ermənistana Türkiyə ilə münasibətləri nizama salmaqda və Dağlıq Qarabağ münaqişəsinin həllində yardım etmyə hazırdır - Dövlət katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2009 15:35 (UTC +04:00)
ABŞ Ermənistana Türkiyə ilə münasibətləri nizama salmaqda və Dağlıq Qarabağ münaqişəsinin həllində yardım etmyə hazırdır - Dövlət katibi

ABŞ Ermənistana Türkiyə ilə münasibətləri nizama salmaqda və Dağlıq Qarabağ münaqişəsinin həllində ardıcıl yardım etməyə hazırdır. Bu barədə ABŞ Dövlət katibi Hillari Klintonun Ermənistan Prezidenti Serj Sarkisyana ünvanladığı məktubda deyilir.

"Məktubda Klinton Ermənistan-Türkiyə münasibətləri ilə yanaşı, Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun vasitəçilik işində ABŞ-ın yardım etməyə hazır olduğunu təsdiqləyib", - "Novosti-Armeniya" agentliyinə Prezidentin mətbuat xidmətindən bildiriblər.

ABŞ Dövlət katibi Ermənistan-ABŞ ikitərəfli əlaqələrinə və "Minilliyin çağırışları" korporasiyasının maliyyə vəsaiti hesabına Ermənistanda həyata keçirilən proqramlara da toxunub.

Klinton qeyd edib ki, Ağsaqqallar Şurasına azad və ədalətli seçkilərin keçirilməsi Ermənistanın demokratik prinsiplərə sadiq olduğunu göstərə bilər.

Mayın 31-də "Yerevanda yerli özünüidarə haqqında" yeni qanuna əsasən,  paytaxtda ilk dəfə Ağsaqqallar Şurasına seçkilər keçiriləcək. Şura 65 üzvdən ibarət olacaq və proporsional qaydada formalaşacaq. Şurada əksər yerləri tutan partiyanın bir nömrəli şəxsi avtomatik olaraq Yerevanın meri seçilir.

Xəbər lenti

Xəbər lenti