...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2009 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 31-də saat 20.30-da Tərtər rayonunu Çaylı kəndi yaxınlığındakı postun qarşısında və saat 19:20-də Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığındakı postun qarşısında yanğın törədiblər, saat 18.05-dən 19.05-dək fasilələrlə Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti