...

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu effektivdir və tələb olunandır – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2009 16:34 (UTC +04:00)
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu effektivdir və tələb olunandır – səfir

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir V.Javoronkova /

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu effektivdir və tələb olunandır. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin belə hesab edir.

"Rusiya münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bir vaxtlar Moskva Dağlıq Qarabağa öz sülhməramlı qüvvələrini göndərmək istəyirdi. Hazırda münaqişənin nizamlanmasında beynəlxalq vasitəçilərin tərkibi yaradılıb və Rusiya bununla hesablaşmalıdır", - cümə günü Azərbaycanın Prezident Administrasiyası nəzdində Strateji Araşdırmalar Mərkəzində görüş zamanı Doroxin bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Rusiya münaqişənin həllini yalnız öz üzərinə götürə və kiməsə əmr verə bilməz", - Doroxin deyib.

Onun sözlərinə görə, Rusiya nə Azərbaycan, nə də Ermənistan yönümlüdür. "Biz Qarabağ konfliktinin ədalətli nizamlanmasına nail olmaq istəyirik", - rusiyalı diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti