...

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin iyulda görüşmək imkanlarını istisna etmirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2009 14:47 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin iyulda görüşmək imkanlarını istisna etmirlər

Azərbaycan, Bakı, 06 iyun / Trend /

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan yaxın gələcəkdə görüşlərin davam etdirilməsi üzrə həmsədrlərin təklifinə razılıqlarını bildiriblər. Mümkün olarsa, bu görüş iyulda keçiriləcək. Bu barədə ATƏT-in rəsmi saytında verilmiş Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburda iyunun 5-də baş tutmuş beşinci görüşünün yekunları üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyannaməsində deyilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və ABŞ dövlət katibi müavininin köməkçisi Metyu Brayza ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə birlikdə prezidentlərin görüşündə iştirak ediblər. 

"Prezidentlərin şəxsi görüşündə, eyni zamanda ATƏT-in Minsk qrupunun və xarici işlər nazirləri ilə birlikdə keçirilmiş iş sessiyasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilər tərəfindən hazırlanan hərtərəfli konsepsiya müzakirə edilib. Münaqişənin həlli üzrə təklif olunan variantın bir neçə razılaşdırılmayan elementləri gözdən keçirilib", - bəyannamədə deyilir. 

"Görüş, iki ölkənin mövqelərindəki münaqişənin nizamlanmasının bir sıra əsas prinsipləri üzrə müxtəliflikləri məhdudlaşdıran konstruktiv atmosferdə keçirilib", - deyə bəyannamdə bildirilib.

"Hər iki prezident vasitəçilərin diplomatiyasının davamı və danışıq prosesinin əsası sayılan Madrid sənədində verilən yeni və əsas mövzunun açılması təklifi ilə çıxış ediblər", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti