...

Aİ Qarabağ münaqişəsinin tənzimlənməsində istənilən cəhdləri dəstəkləyəcək – xüsusi nümayəndə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2009 18:24 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 iyun / Trend , müxbir K.Konırova /

"Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istənilən cəhdləri dəstəkləyəcək", - bu gün Astanada Avroatlantik Tərəfdaşlıq Şurasının (ATŞ) təhlükəsizlik forumunda çıxış edən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

"Hazırda münaqişə zonasındakı vəziyyət depressiv xarakter daşıyır və atəşkəsin mövcudluğu münaqişənin həllində problemlərin olmamasını göstərmir", - Semnebi deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Onun sözlərinə görə, ötən il münaqişə zonasında 30 adam öldürülüb. Vəziyyətin düzgün istiqamətdə inkişaf etməsinə nəzarət etmək lazımdır.

"Aİ-nin vəziyyəti ciddi qəbul etməməsi yaxşı hal deyil, lakin bununla bərabər Türkiyə və Ermənistanın regionda vəziyyətin stabilləşdirilməsi üçün gördüyü işlər təqdirəlayiqdir", - Aİ-nin xüsusi nümayəndəsi deyib.

Məqalə müəllifi ilə əlaqıə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti