...

Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü həlledici mərhələyə çıxmağa imkan yaradacaq – Minsk qrupunun rusiyalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2009 16:43 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü həlledici mərhələyə çıxmağa imkan yaradacaq – Minsk qrupunun rusiyalı həmsədri

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üzrə həlledici mərhələyə çıxmağa imkan yaradacaq. Bu barədə cümə günü Bakıya səfərinin yekunları üzrə keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü iyulun 17-də Moskvada Rusiya Prezidentinin mükafatı uğrunda at yarışları çərçivəsində keçiriləcək. 

"Bizim regiona səfərimiz Moskvada prezidentlərin görüşünün hazırlanmasına həsr olunub, hazırlıq zamanı biz münaqişənin nizamlanması üzrə həll edilməmiş qalan bir sıra əsas prinsiplər üzrə fikir mübadiləsi həyata keçirmişik", - deyə Merzlyakov bildirib. 

"Biz prezidentlər ilə görüşlərdən razı qalmışıq. Söhbət çox konstruktiv oldu və hər iki prezidentin növbəti görüşə hazır olması hiss olunurdu", - deyə diplomat bildirib.

"Biz münaqişənin nizamlanmasına dair minimum iki məsələ üzrə danışıqların başa çatmasına və bundan sonra hələ də ümumi şəkildə müzakirə olunan mövzunun müzakirəsinə başlamağa ümid edirik", - deyə fransalı həmsədr Bernar Fasye bildirib.

Diplomat, ilin sonunadək həmsədrlərin "əsas prinsiplər" üzrə prezidentlərin razılığını ala bildiyi təqdirdə növbəti ilin əvvəlinə kimi işlərin davam etdirilməsinin mümkün olacağına və bunun müqavilədə dəyişdiriləcəyinə ümid etdiyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti