...

Ermənistan tərəfindən irəli sürülən əsas prinsiplər Qarabağ münaqişəsinin nizamlanması üzrə əsasnamələrdə əks olunub – xarici işlər nazirinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2009 13:52 (UTC +04:00)

Ermənistan tərəfindən irəli sürülən üç əsas prinsip Qarabağ münaqişəsinin nizamlanması üzrə nəşr edilmiş əsasnamələrdə əks olunub. Bu barədə Ermənistan İctimai Televiziyasına müsahibəsində xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib, Novosti-Armeniya yazır.

Rusiya, ABŞ və Fransa prezidentləri Dmitri Medvedyev, Barak Obama və Nikolya Sarkozi bu yaxınlarda bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, Yerevan və Bakıya Dağlıq Qarabağ üzrə sonuncu təkliflər variantı təqdim ediləcək.

Üç ölkə prezidenti öz vasitəçilərinə əsas prinsiplərin xülasə edilməsi üzrə həmsədrlərin təkliflərini özündə birləşdirən, 2007-ci ilin noyabr ayının 29-da açıqlanmış Madrid sənədinin yenilənmiş variantını Azərbaycan və Ermənistan prezidentlərinə təqdim etməyi tapşırıb.

Paralel olaraq Qarabağ probleminin nizamlanması üzrə əsas prinsiplər dərc edilib.

"Burada üzərində işlədiyimiz və işləri davam etdirəcəyimiz Ermənistan tərəfindən irəli sürülən üç prinsip əks olunub", - deyə xarici işlər nazirinin müavini qeyd edib.

Onun sözlərinə əsasən, bu prinsiplərdən birincisi "Dağlıq Qarabağ Respublikası"na aiddir.

İkinci əsas hal kimi o, "Dağlıq Qarabağ Respublikası" və Ermənistan arasında etibarlı quru əlaqəsi məsələsini qeyd edib.

"Və nəhayət ən vacib məsələ - Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin edən beynəlxalq möhkəmlənmə, çoxtəbəqəli sistemdir", - deyə xarici işlər nazirinin müavini bildirib.

"Əslində, hələ də danışıqlar davam edir. Bu o demək deyil ki, imzalanacaq sənəd dərc olunub. Bu çox ciddi işdir, onun gedişində ciddi yanaşma və çox zəhmət tələb edən əsasnamələri konkretləşdirmək lazımdır", - deyə Koçaryan bildirib.

Ermənistan və Azərbaycan prezidentlərinin Moskvada baş tutacaq görüşü haqqında danışan Koçaryan qeyd edib ki, bir tərəfdən bu, növbəti görüş olacaq, digər tərəfdən isə üç dövlət başçısının bəyanatından sonra keçiriləcək görüş olacaq.

Onun sözlərinə əsasən, bu görüş zamanı bir sıra əsasnamələr üzrə müzakirələr olacaq və ümumilikdə danışıqlar konkretləşəcək.

Koçaryan qeyd edib ki, ATƏT-in Minsk Qrupunda həmsədr ölkələrin prezidentlərinin bəyanatından sonra hansısa məsələlərin dərhal həll olunacağını gözləmək lazım deyil, belə ki, bir çox məsələlər üzrə tərəflər müxtəlif mövqelərə malikdir.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün iyul ayının ortalarında  "Rusiya Federasiyasının mükafatı uğrunda at yarışları" çərçivəsində Moskvada keçirilməsi planlaşdırılır. Əliyev və Sarkisyan sonuncu dəfə iyunun 4-də Sankt-Peterburqda görüşüb.

Xəbər lenti

Xəbər lenti