...

BQXK-nin Azərbaycandakı nümayəndələri bu ilin mayında əsir düşən erməni əsgərləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2009 18:03 (UTC +04:00)
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən cümə günü Trend News-a bildirilib ki, komitənin nümayəndələri iyulun 15-də əsirlikdə olan Ohan Harutunyan və Gevorq Tomosyana ikinci dəfə baş çəkiblər.

Azərbaycan, Bakı,17 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələri bu ilin mayında əsir düşən erməni əsgərləri ilə görüşüb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən cümə günü Trend -a bildirilib ki, komitənin nümayəndələri iyulun 15-də əsirlikdə olan Ohan Harutunyan və Gevorq Tomosyana ikinci dəfə baş çəkiblər.

Başçəkmə zamanı əsirlərin saxlanma şəraitinin monitorinqi keçirilib, onlarla təkbətək söhbət aparılıb.

Xidmətdən bildirilib ki, BQXK nümayəndələri iyulun 15-də Azərbaycana könüllü əsir düşən Ermənistan Müdafiə Nazirliyinin 549 saylı əlahiddə motoatıcı alayının əsgəri, 1990-cı il təvəllüdlü, Yerevan şəhər sakini Karen Noriqoviç Harutyunyan ilə görüşməyib.

Ermənistan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Harutunyan Ohan Vadinagiyeviç və 1991-ci il təvəllüdlü Tomosyan Gevorq Serjikoviç mayın 31-də saat 13:00 radələrində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, Goranboy rayonu ərazisində Azərbaycan tərəfə keçiblər.

Bundan əvvəl fevralın sonunda ermənilərin daha 3 hərbçisi - Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyan Ağdamın Evcidüzü ərazisində könüllü olaraq Azərbaycan tərəfinə əsir düşmüşdülər.

Əsir düşən ermənilər Ermənistan ordusundakı işgəncə faktlarından bezərək könüllü əsir düşdüklərini bildiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti