ABŞ, Vaşinqton, 06 avqust / Trend , müxbir N. Boqdanova /
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında başlıca problem Ermənistanın lazım olan güzəştə getməməsi ilə bağlıdır və bu da danışıqlar prosesini çətinləşdirir - Trend -a müsahibəsində Beynəlxalq Təhlükəsizlik Proqramının elmi əməkdaşı, Belfer Mərkəzində Xəzər layihəsi tədqiqatının araşdırma üzrə direktoru Brenda Şaffer deyib.
O hesab edir ki, Dağlıq Qarabağa Ermənistan-Azərbaycan ziyalılarının ikitərəfli səfəri vacibdir, lakin adi insanlar bu problemi böyük dövlətlərin dəstəyi olmadan həll edə bilməzlər. "Böyük dövlətlərə regionda maraqları olan ölkələri aid edirəm. Onlar Ermənistana təsir etməlidirlər, lakin bu vaxtadək bunu etməyiblər", - Şaffer deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Ekspert əlavə edib ki, "təssüf ki, beynəlxalq ictimaiyyət münaqişənin dondurulması ilə bağlı məsuliyyətsizlik mövqeyi nümaypş etdirir. "İndi həmin böyük dövlətlər bu prosesdə fəal iştirak etdiklərini və hazırkı vəziyyəti dəyişmək istədiklərini göstərməyə çalışırlar və qeyd edirlər ki, indi hər şey münaqişə tərəflərindən asılıdır. Lakin bu, doğru deyil", - Şaffer hesab edir.
"Bütün məsuliyyəti tərəflərin üzərinə atmaqla "böyük dövlətlər" danışıqlar prosesinə daha çox mane olurlar", ekspert deyib. Məsələn, Şaffer göstərir ki, "Rusiya Azərbaycanla sülh məsələsində Ermənistana təsir edə bilər". Lakin o, bu istiqamətdə heç bir fəal addım atmır. "Rusiyada prezidentlərin görüşü yalnız fəaliyyət görünüşü yaratmaq üçün təşkil edilir", - o deyib.