Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir E.Tariverdiyeva /
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza növbəti həftə Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək. Səfər avqustun 12-nə nəzərdə tutulub. Bu barədə Trend -a cümə axşamı Brayza bildirib.
Diplomat Azərbaycan Prezidenti və respublikanın xarici işlər naziri ilə görüşməyi planlaşdırır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]