...

Türkiyə-Ermənistan protokolu 10-11 oktyabrda parlamentdə müzakirə olunacaq - Türkiyənin Baş naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2009 10:29 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə və Ermənistan arasında avqustun 31-də İsveçrənin vasitəsilə imzalanan protokolun 10-11 oktyabrda parlamentlə müzakirə olunacağını bildirib.
Türkiyə-Ermənistan protokolu 10-11 oktyabrda parlamentdə müzakirə olunacaq - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə və Ermənistan arasında avqustun 31-də İsveçrənin vasitəsilə imzalanan protokolun 10-11 oktyabrda parlamentlə müzakirə olunacağını bildirib.

"Türkiyə-Ermənistan münasibətləri əvvəlki illərdən fərqli olaraq həssas nöqtəyə yaxınlaşıb. İmzalanan protokol oktyabrın 10-11-də parlamentdə müzakirə ediləcək", - deyə Ərdoğan bildirib.

Trend -un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Baş nazir onu da qeyd edib ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün bu vaxta qədər xeyli vacib işlər görülüb.

"Ermənistanla əlaqələrimizin qarşılıqlı normal qonşuluq şəraitində olmasını iştəyirik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti