Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda bu ilin sentyabrında 2710014 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend -a bazar verilən məlumata görə, həmin ərazilərdən 10900 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 112975482 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 488507-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhərinin Qaradağ rayonu ərazisində aparılır.
Ötən ay ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]