...

Dağlıq Qarabağ münaqişəsinin həlli regional nöqteyi-nəzərdən çox vacibdir - Azərbaycan xarici işlər nazirinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2009 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir E.Tarıverdiyeva/

Dağlıq Qarabağ münaqişəsinin həlli regional nöqteyi-nəzərdən çox vacibdir, belə ki, bütün kommunikasiyalar və yollar bağlıdır, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda görüşünü hazırlayır. Biz hazırlaşırıq, bəzi məsələlərə daha diqqətlə yanaşılacaq, bəzi məsələlər isə danışıqların sonrakı mərhələləri zamanı müzakirə olunacaq", - çərşənbə axşamı jurnalistlərə Əzimov bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü oktyabrın 8-də Kişinyovda keçiriləcək, bu barədə bu gün Bakıda jurnalistlərə rusiyalı həmsədr Yuri Merzlyakov bildirib.

"Münaqişənin birtərəfli həlli yoxdur, o, yalnız kompromis əsasında nizamlana bilər", - Əzimov qeyd edib.

Onun sözlərinə əsasən, Azərbaycan münaqişənin kompromis yolu ilə həllinə hazırdır. "Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək muxtariyyət verilə bilər", - nazir müavini bildirib.

Onun sözlərinə görə, Ermənistan maksimalizmdən imtina etməli və görüşə addım atmalıdır. "Bu baş verməsə, münaqişənin konseptual həlli də olamayacaq", - Əzomov qeyd edib.

Onun bildirdiyi kimi, prinsiplərdən biri yeddi rayonunun azad edilməsidir. Qarabağ Azərbaycanın tərkibində qalmalı, qaçqınlar qayıtmalı, icmalar birgə yaşamalıdırlar, yalnız bundan sonra status məsələsini həll etmək olar. "Başqa həll yolu yoxdur və başqa bir məntiq yolverilməzdir. Azərbaycanın razılığı olmadan Ermənistan üçün münaqişənin həlli variantı ola bilməz", - nazir müavini qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti