...

ATƏT qoşunların təmas xəttində monitorinq keçirməyi planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 11:18 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 22-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend News-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT qoşunların təmas xəttində  monitorinq keçirməyi planlaşdırır

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir K.Zərbəliyeva/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 22-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrci Aberle və Piter Ki keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Caslan Nurtazin və Vladimir Çontulov keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti