...

ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2009 13:42 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən regiona gələcəklər.
ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər

ABŞ, Vaşinqton, 10 noyabr / Trend , müxbir N.Boqdanova/

ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən regiona gələcəklər.

ABŞ-dan (Robert Bratke), Fransadan (Bernard Fasye) və Rusiyadan (Yuriy Merzlyakov) olan vasitəçilərin noyabrın sonuna nəzərdə tutulan səfəri Dağlıq Qarabağ münaqişəsi regionuna növbəti dəfə  baş çəkmələri ilə əlaqədardır, Trend -a amerikalı həmsədrin ofisindən bildirilib.

Vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə noyabrın sonuna planlaşdırılan ikitərəfli görüşünü hazırlayırlar.

Bu barədə razılıq diplomatların noyabrın 4-6-da regiona sonuncu səfəri zamanı əldə edilib.

Bakıda və Yerevanda hər iki prezident Dağlıq Darabağ münaqişəsinin sülh yolu ilə nazamlanmasının əsas prinsiplərinə dair razılıq əldə edilməsi istiqamətində danışıqlarda gələcək irəliləyişlərin əldə olunması üçün müzakirələrin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Bu barədə regiona səfərin nəticəsinə dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatın saytında dərc edilmiş məlumatında deyilib.

"Prezidentlər həmsədrlərin noyabrın sonuna kimi növbəti ikitərəfli görüşün (bu il sayca altıncı) keçirilməsi təklifi ilə razılaşıblar. Görüşün vaxtı və yeri isə  hələ razılaşdırılmalıdır", - məlumatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti