...

Ümid edirəm ki, Türkiyə Ermənistan arasındakı yaxınlaşma Dağlıq Qarabağ münaqişəsini həll etməyə imkan verəcək - Avropa Şurasının Baç katibi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2009 21:59 (UTC +04:00)
Ümid edirəm ki, Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma Dağlıq Qarabağ münaqişəsini həll etməyə imkan verəcək. Bu fikirləri Avropa Şurasının Baş katibi Torbyorn Yaqland çərşənbə günü qurumun Nazirlər Komitəsinə sədrliyin Sloveniyadan İsveçrəyə ötürülməsi mərasimindən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Ümid edirəm ki, Türkiyə Ermənistan arasındakı yaxınlaşma Dağlıq Qarabağ münaqişəsini həll etməyə imkan verəcək - Avropa Şurasının Baç katibi

Fransa, Strasburq, 18 noyabr/ Trend , müxbir A.Məhərrəmli/

Ümid edirəm ki, Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma Dağlıq Qarabağ münaqişəsini həll etməyə imkan verəcək. Bu fikirləri Avropa Şurasının Baş katibi Torbyorn Yaqland çərşənbə günü qurumun Nazirlər Komitəsinə sədrliyin Sloveniyadan İsveçrəyə ötürülməsi mərasimindən sonra keçirilən birgə mətbuat konfransında deyib. 

O, qeyd edib ki, AŞ hər iki ölkəyə yaxınlaşma prosesinə zəruri olan dəstəyi verməyə hazırdır.

"Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmaya gəldikdə, onu deyə bilərəm ki, əgər sözügedən ölkələr bu məsələ ilə bağlı Avropa Şurasının dəstəyinə ehtiyac duyarlarsa, biz bu yardımı etməyə hazırıq. Məsələ ilə bağlı indiyədək bizə müraciət edilməyib. Hər iki ölkə AŞ-nin üzvüdür və bu fakt hər iki ölkə, eləcə də indicə qeyd etdiyim prosesin özü üçün əhəmiyyətlidir. Mən bu yaxımlaşmanı alqışlayıram və ümid edirəm ki, o, bizə Dağlıq Qarabağ münaqişəsini həll etməyə imkan verəcək"- deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti