...

Azərbaycan-Amerika Şurası ABŞ Konqresinin separatçı rejimə yardım ayırmasından narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2009 11:53 (UTC +04:00)
Azərbaycan-Amerika Şurası (AAŞ) çərşənbə günü ABŞ Nümayəndələr Palatasının və Senatın Dağlıq Qarabağ separatçı rejiminə birbaşa yardım qismində 8 milyon dollar ayrılması barədə qərarından ciddi naratlığını bildirib, təşkilatın pres-relizində deyilir.
Azərbaycan-Amerika Şurası ABŞ Konqresinin separatçı rejimə yardım ayırmasından narahatdır

ABŞ, Nyu-York, 11 dekabr / Trend , müxbir K. Paşayeva/

Azərbaycan-Amerika Şurası (AAŞ) çərşənbə günü ABŞ Nümayəndələr Palatasının və Senatın Dağlıq Qarabağ separatçı rejiminə birbaşa yardım qismində 8 milyon dollar ayrılması barədə qərarından ciddi naratlığını bildirib, təşkilatın pres-relizində deyilir.

Martda AAŞ nümayəndələri və digər Azərbaycan-Amerika təşkilatları ABŞ Konqresinə bu tanınmamış rejimin hərbi işğal və etnik təmizləmə nəticəsində qanunsuz olaraq yaradılmasını bəyan edərək, Dağlıq Qarabağa birbaşa edilən yardımı dayandırmaq çağırışı ilə müraciət ediblər.

ABŞ Konqresinin mövqeyi Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ Dövlət Departamentinin ifadə etdiyi rəsmi mövqeyə ziddir, pres-relizdə qeyd olunub.

Azərbaycan-Amerika Şurası Amerika qanunvericilərini daha balanslaşdırılmış mövqe tutmağa və etnik lobbilərin təsiri ilə Azərbaycanın ədalətsiz cəzalandırılmasına son qoymağa çağırıb.

Xəbər lenti

Xəbər lenti