...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2009 09:36 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 03.30-dən 03.35-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir R.Daraxşan/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 03.30-dən 03.35-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti