...

Azərbaycanda 2009-cu ildə mina və hərbi sursat partlayışları nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarər alıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Yanvar 2010 12:39 (UTC +04:00)
Azərbaycanda 2009-cu ildə mina və hərbi sursat partlayışları ilə bağlı 16 hadisə qeydə alınıb, nəticədə 4 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Azərbaycanda 2009-cu ildə mina və hərbi sursat partlayışları nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarər alıb

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanda 2009-cu ildə mina və hərbi sursat partlayışları ilə bağlı 16 hadisə qeydə alınıb, nəticədə 4 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu barədə Azərbaycan Ərazilərinin Minadan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətinin məlumatında deyilir.

Ötən ilin dekabr ayı ərzində 3,582,751 kvadratmetr ərazi yoxlanılıb və mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Həmin ərazilərdən 45,524 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 121,903,509 kvadratmetr ərazi təmizlənib. 576,311 mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən ərazilərin minalardan təmizlənməsi əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır.

Xəbər lenti

Xəbər lenti